AZ

Azərbaycan və ABŞ arasında kibertəhlükəsizlik istiqamətində birgə fəaliyyət müzakirə olunub

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-a səfər çərçivəsində “Ağ Ev”in Elm və Texnologiya Siyasəti Ofisinin rəhbəri İtan Klayn ilə görüşüb.

“Poliqon” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə süni intellekt və yeni texnologiyalar sahəsində əməkdaşlıq, beynəlxalq standartlara uyğun kadr hazırlığı, eləcə də enerji və kibertəhlükəsizlik istiqamətlərində birgə fəaliyyət və təlim imkanları müzakirə edilib.

Həmçinin ABŞ şirkətləri ilə Azərbaycan arasında daha sıx tərəfdaşlığın qurulması və bu istiqamətdə atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb.

İki ölkə arasında normativ-hüquqi bazanın genişləndirilməsi, bu çərçivədə İKT və süni intellekt sahələrinin xüsusi yer almasının vacibliyi vurğulanıb.

Seçilən
47
6
poliqon.az

9Mənbələr