AZ

Tramp: Vladimir Putin zəif Avropa istəyir...

ABŞ-nin seçilmiş prezidenti rusiyalı həmkarını Avropanı qəsdən zəiflətməkdə ittiham edib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp “Politico” nəşrinə verdiyi geniş müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin əsas strateji məqsədinin Avropanı zəiflətmək olduğunu bildirib.

“Putin zəif Avropanı istəyir və buna nail olmaq üçün çalışır. Bu, mənimlə heç bir əlaqəsi yoxdur. Mən isə güclü Avropanı görmək istəyirəm”, deyə Tramp vurğulayıb.

Tramp Putinin Ukrayna müharibəsi daxil olmaqla son illərdəki siyasətinin məhz Avropa İttifaqının və NATO-nun birliyini sarsıtmaq, enerji asılılığını artırmaq və qitədə parçalanma yaratmaq məqsədi daşıdığını qeyd edib. Trampın sözlərinə görə, Avropanın güclü olması həm də ABŞ-ın milli maraqlarına uyğundur və o, prezident kimi bu istiqamətdə fəal iş aparacağını vəd edib.

Müsahibədə Tramp həmçinin Avropanın müdafiə xərclərini artırması, enerji diversifikasiyasına sürətlə keçməsi və Rusiyaya qarşı sanksiyaların davam etdirilməsinin zəruriliyini də vurğulayıb.

Poliqon.info

Seçilən
0
poliqon.info

1Mənbələr