AZ

Azərbaycan nümayəndə heyəti Laosda siyasi, iqtisadi və humanitar əməkdaşlığı müzakirə edib (FOTO)

Bakı. Trend:

8-9 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasınınxarici işlər nazirinin müavini Elnur Məmmədovun başçılıq etdiyinümayəndə heyəti Laos Xalq Demokratik Respublikasında səfərdəolub.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumatverilib.

Bildirilib ki, səfər zamanı, Azərbaycan-Laos Xarici İşlərNazirlikləri arasında Azərbaycan xarici işlər nazirinin müaviniElnur Məmmədov və Laos Xalq Demokratik Respublikasının xarici işlərnazirinin müavini Maytonq Tammavonqsanın həmsədrliyi ilə ilk siyasiməsləhətləşmələr keçirilib.

İclas zamanı iki ölkə arasında münasibətlərin hazırkı durumu,siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığıngenişləndirillməsi və inkişafı perspektivləri ətrafında müzakirələraparılıb.

Nazir müavini E.Məmmədov bölgədə mövcud vəziyyət, işğaldan azadedilmiş ərazilərimizdə minaların təmizlənməsi prosesi, habelə bərpavə quruculuq işləri haqqında qarşı tərəfə ətraflı məlumatverib.

Görüşdə həmçinin, iki ölkə arasında beynəlxalq təşkilatlar, ocümlədən Qoşulmama Hərəkatı (NAM), Laosun üzvü olduğu Cənub-ŞərqiAsiya Ölkələri Assosiasiyası (ASEAN) çərçivəsində əməkdaşlıqperspektivləri müzakirə olunub.

Səfər zamanı, Azərbaycan nümayəndə heyətinin rəhbəri Laos MilliAssambleyasının vitse-prezidenti Sunthon Saynyachak və Laosunxarici işlər naziri Sonqsavan Fomvihon ilə görüşlər keçirib.

Həmçinin, xarici işlər nazirinin müavini Elnur Məmmədov Laosunnüfuzlu media qurumlarına Azərbaycan-Laos əlaqələrinin carivəziyyətinə və inkişaf perspektivlərinə dair müsahibə verib.

Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikasıarasında diplomatik əlaqələrin 30 illiyinin qeyd olunması iləəlaqədar Azərbaycanın Vyetnamdakı, eyni zamanda Laosda akkreditəolunmuş Səfirliyi tərəfindən Laosun paytaxtı Vyentyan şəhərində 9dekabr 2025-ci il tarixində keçirilmiş rəsmi qəbulda nazir müaviniElnur Məmmədov və fəxri qonaq qismində iştirak etmiş Laosun xariciişlər naziri Sonqsavan Fomvihon ilə birlikdə qonaqlarısalamlayaraq, geniş nitqlə çıxış ediblər.

Tədbirdə eyni zamanda əvvəllər Bakıda təhsil almış Iaoslulardanibarət Azərbaycan-Laos Dostluq Assosiasiyasının üzvləri iştirakediblər.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Məqalədə:
Seçilən
83
9
az.trend.az

10Mənbələr