AZ

Goranboyda AĞIR QƏZA Yaralananlar var

Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Goranboyda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəza rayonun Nərimanlı kəndi ərazisində qeydə alınıb.Goranboy rayonunun Xan Qərvənd kənd sakini, 1971-ci il təvəllüdlü Eldəniz Rüstəmovun idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Tərtər rayonunun Sarov kənd sakini, 1964-cü il təvəllüdlü Siyavuş Musayevin idarə etdiyi “Niva” markalı avtomobil toqquşub.Qəza zamanı “Mercedes”in sərnişinləri Goranboy rayonunun Qızılhacılı qəsəbə sakinləri, 1982-ci il təvəllüdlü Aynur Rüstəmova və 1994-cü il təvəllüdlü Daşqın Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, müalicələri davam etdirilir. Faktla bağlı araşdırma aparılır.Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
1
bizim.media

2Mənbələr