İşlədiyi müəssisədə istehsalat qəzası nəticəsində əlilliyi olan işçilər ixtisar oluna biləcəklər.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəsə əsasən, həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslər işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin siyahısından çıxarılır.
Mövcud qanunvericiliyə əsasən, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələrieyni olduqda şəhid ailəsinin üzvlərinə, müharibə iştirakçılarına, əsgər və zabitlərin arvadına (ərinə), öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara, həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə, məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərin işdə saxlanmasına üstünlük verir.
Günay Şahmar, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta