AZ

İngiltərə millisinin hücumçusu həbs edildi

İngiltərə millisinin hücumçusu Ayvan Toni Londonda saxlanılıb.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu barda baş verən insidentdə bir nəfərə zərbə endirməkdə şübhəli bilinir.

Hadisənin Toni ilə şəkil çəkdirmək istəyən şəxsin onun boynundan tutmasından sonra baş verdiyi bildirilir.

Zərərçəkən burnunun sındığını iddia edərək polisə şikayət edib. Futbolçu bardan qandallı şəkildə aparıb.

Qeyd edək ki, 29 yaşlı forvard 2024-cü ilin avqustundan Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunda çıxış edir və İngiltərə millisi ilə 7 oyunda 1 qol vurub.

Seçilən
60
idmanxeber.az

1Mənbələr