AZ

Paşinyan: “Ermənistanda zorakılığa yer yoxdur”

Ayna portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Zorakılığa çağırış edənlər və zorakılığa əl atanlar ifşa edilməli və həm siyasi, həm də hüquqi qiymət almalıdırlar”

“Ermənistan Respublikasında zorakılığa yer yoxdur”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri ölkənin Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında yazıb.

Paşinyan fikirlərinə belə davam edib: "Zorakılığa çağırış edənlər və zorakılığa əl atanlar ifşa edilməli və həm siyasi, həm də hüquqi qiymət almalıdırlar. Bizim də psixoloji və mənəvi zorakılıq hallarını ayırd etmək və qiymətləndirmək üçün təsirli mexanizmlərimiz olmalıdır”.

Xatırladaq ki, Paşinyan əvvəlki seçki kampaniyasını hüquq-mühafizə orqanlarının fikrincə, heç də psixoloji zorakılığın təzahürü olmayan “polad çəkic” şüarı ilə aparıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
ayna.az

1Mənbələr