AZ

Mali və Sudanla müdafiə sənayesi sahəsində əlaqələr müzakirə edilib



Dekabrın 9-da Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov Mali Respublikası Milli Təhlükəsizlik Agentliyinin baş direktoru Modibo Kone və Sudan Respublikası Müdafiə Sənayesi Sisteminin baş direktoru Mirgani İdris Süleymanla görüşüb.

Newscenter.az xəbər verir ki, görüş zamanı müdafiə sənayesi sahəsində əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər arasında təcrübə mübadiləsi, eləcə də texnoloji və elmi-texniki əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparılıb.

Qonaqlara Azərbaycanın müdafiə sənayesinin inkişafı, yerli istehsal potensialı və ixrac imkanları barədə ətraflı məlumat verilib. Onlar ölkəmizdə müdafiə sənayesi üzrə əldə edilən uğurları yüksək dəyərləndirərək, bu sahədə əməkdaşlığın gələcəkdə daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Səmimi və konstruktiv şəraitdə keçən görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Cavid
Seçilən
43
1
newscenter.az

2Mənbələr