AZ

İranda Netanyahunun oxşarı peyda oldu – HAMI ŞOKDA

İranda sosial şəbəkələrdə paylaşılan bir görüntüdə İsrailin baş naziri Benyamin Netanyahuya bənzəyən bir şəxsin çörək almaq üçün növbədə dayandığı görünür.

KONKRET.az xəbər verir ki, təsvir qısa zamanda geniş müzakirələrə səbəb olub.

Görüntünün Tehranda çəkildiyi bildirilib. Sosial şəbəkə istifadəçiləri görüntüyə yumorla reaksiya veriblər. Paylaşımlarda “gizli missiya – isti çörək əməliyyatı” kimi şərhlər yayılıb. Bir çox istifadəçi isə görüntünü “günün ən gülməli kadrı” adlandırıb.

Ağagül Mürsəlov,
KONKRET.az

Seçilən
64
2
konkret.az

3Mənbələr