AZ

MPL: "Araz-Naxçıvan" - "Kəpəz" matçında 2 qol var - YENİLƏNİR

Misli Premyer Liqasında 14-ü tur davam edir.

Fanat.Az xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.

"Araz-Naxçıvan" Mərdəkanda "Kəpəz"i sınağa çəkəcək. Son 5 gündə ikinci dəfə üz-üzə gələn bölgə təmsilçilərinin dueli saat 17:00-da başlayacaq. 

Günün son oyununda "Sumqayıt" ilə "İmişli" münasibətlərinə aydınlıq gətirəcəklər. Sumqayıtda keçiriləcək oyunu FİFA referisi Əliyar Ağayev idarə edəcək. 

Qeyd edək ki, turun şənbə günü keçirilən açılış oyununda "Zirə" ilə "Qarabağ" xal bölgüsünə (1:1) razılaşıblar, bazar günü "Şamaxı" səfərdə "Karvan-Yevlax"ı darmadağın (3:0) edib, dünən isə "Sabah" "Neftçi" üzərində inamlı (2:0) qələbə qazanıb. "Qəbələ" - "Turan Tovuz" qarşılaşması duman səbəbindən yarımçıq dayandırılıb və qeyri-müəyyən müddətə təxirə salınıb. 

Misli Premyer Liqası
14-cü tur
9 dekabr 

“Araz-Naxçıvan” – “Kəpəz” 2:0 (ikinci hissə)

Qol: Coşqun Diniyev, 38. Patrik Andrade, 64
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rahil Ramazanov, İslam Məmmədov.
VAR: Elçin Məsiyev, Teymur Teymurov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Mərdəkan. “Liv Bona Dea Arena”.

“Araz-Naxçıvan”: 12. Kristian Avram, 34. Urfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 5. Slavik Alxasov, 8. Coşqun Diniyev, 16. Ramon Maçado, 6. Patrik Andrade, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 70. Şarl Boli.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Qara Qarayev, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 24. Mustafa Əhmədzadə, 77. Bruno Franko, 19. Bar Kohen. 
Baş məşqçi: Elmar Baxşıyev.
“Kəpəz”: 33. Yusif İmanov, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 88. Şakir Seyidov, 17. Ümid Səmədov, 29. Dioqo Verdaska (k), 14. Adama Fofana, 10. Ryonosuke Ohori, 6. Pedro Qomeş.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 15. Raul Məmmədov, 53. Şahmar Aşurov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 38. Cefferson Bentu.
Baş məşqçi: Azər Bağırov.

19:30. “Sumqayıt” – “İmişli”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov
VAR: Əli Əliyev, Zöhrab Abbasov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Seçilən
55
10
fanat.az

10Mənbələr