AZ

Ağamalıların savaşı: Oğul atanın qarşısından geri çəkilmir...

Oğul Ağamalı “Ana Vətən” partiyasında sədr kimi fəaliyyətə başladığını bildirib...

Poliqon Yenicag.az-a istinadən xəbər verir ki, “Ana Vətən” partiyasının üzvü, qurultay qalmaqalı ilə yadda qalan eks-deputat Fəzail Ağamalının oğlu Elçin Ağamalı sədr kimi fəaliyyətə başladığını bildirib.

Ata Ağamalı razılaşmasa da partiyanın sədri seçildiyini açıqlayan E. Ağamalı sədr fəaliyyətinə artıq başladığını qeyd edib:

“Qurultay şənbə gününə düşdüyünə görə bazar günü sənədləşmə işlərini qaydasına salmışıq. Bu gün sənədləri yekunlaşdırırıq. Hüquqi prosedurların həyata keçirilməsi üçün hazırlıqlarımızı görməkdəyik. Ədliyyə Nazirliyinə protokol və digər sənədləri təqdim etdikdən sonra digər texniki təşkilatı məsələlərlə məşğul olacağıq. Partiya sədri kimi fəaliyyətimiz başlayıb. Rayon təşkilatları ilə, mətbuatla, partiyanın digər funksionerləri ilə əlaqədəyik”, deyə Elçin Ağamalı bəyan edib.

Elçin Ağamalı F. Ağamalının sədrlikdən getmək istəməməsi halda hansı addımları atacağına da aydınlıq gətirib.

“Belə məsələləri mərhələli şəkildə həll edəcəyik. Məsələnin hüquqi müstəvidən daha çox oturub danışaraq, ümumi razılığa gəlib həll olunmasına biz daha çox üstünlük veririk. Həmişə oturub danışaraq məsələnin hüquqi müstəvidə yox, danışaraq razılaşma yolu ilə həll olunmasının tərəfdarıyam”, deyə “Ana Vətən”in yeni sədri vurğulayıb.

Poliqon.info

Seçilən
34
poliqon.info

1Mənbələr