AZ

Tehranda keçirilən BRICS işçi qrupunun iclasında səkkiz ölkə iştirak edib

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Səkkiz ölkə - Çin, Rusiya, Hindistan, Braziliya, Cənubi Afrika, Birləşmiş Ərəb Əmirlikləri, İran və İndoneziya - 9 dekabrda Tehranda başlayan BRICS tədqiqat infrastrukturu və elmi layihələr üzrə işçi qrupunun iclasında fəal iştirak ediblər.

Bizimyol.info xəbər verir ki, bu barədə Prezident Transformasiya Əməkdaşlıq Mərkəzinin beynəlxalq təşkilatlarla əməkdaşlıq qrupunun rəhbəri Zöhrə Fərahani məlumat verib.

"2015-ci ildə yaradılan bu işçi qrup, xüsusən də Qlobal Cənub ölkələrində qlobal problemlər və çağırışların həlli üçün praktik və əməliyyat əməkdaşlıq formalarını və birgə tədqiqatları müəyyən etməyi hədəfləyir", - deyə "Mehr" xəbər agentliyi Fərahaniyə istinadən qeyd edib.

Əməkdaşlıq qrupunun rəhbəri vurğulayıb ki, görüşün ilk günündə səkkiz BRICS ölkəsinin fəal və konstruktiv iştirakı qeyd olunub.

Agentlik qeyd edib ki, Tehranda keçiriləcək bu görüşün əsas diqqəti BRICS ölkələri arasında birgə elmi əməkdaşlığın inkişaf etdirilməsi, əsas elmi layihələr üçün maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi və tədqiqat institutlarının innovasiya, davamlı inkişaf və elm diplomatiyasının hərəkətverici qüvvəsi kimi rolunun artırılması kimi məsələlərə yönələcək.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
bizimyol.info

1Mənbələr