Bakı. Trend:
Əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilməsiqaydalarında dəyişiklik ediləcək.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlərkomitəsinin bugünkü onlayn iclasında müzakirə olunan ƏməkMəcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksinitapıb.
Qanun layihəsinə əsasən, əmək müqaviləsinə xitam vermək barədəərizə vermiş və ərizəsində əmək münasibətlərini dayandırmaqistədiyi günü göstərməyən işçi xəbərdarlıq müddətibitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsızhesab etmək barədə işəgötürənə yeni ərizə verə biləcək.
Mövcud qanunvericiliyə görə, əmək müqaviləsini ləğv etmək barədəərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxtərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədəişəgötürənə yeni ərizə verə bilər.