AZ

Türk Hava Yolları 85,3 milyon sərnişin daşıyıb



Türk Hava Yolları bu ilin yanvar-noyabr ayları ərzində 85,3 milyon sərnişin daşıyıb.

Newscenter.az şirkətə istinadən bildirir ki, bu da sərnişin sayı baxımından ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz çoxdur.

Təkcə noyabr ayında Türk Hava Yolları 7,4 milyon sərnişin daşıyıb ki, bu da beynəlxalq yüklənmə faktorunun 84,3 faiz, daxili yüklənmə faktorunun isə 86,8 faiz təşkil etməsi deməkdir.

Beynəlxalq sərnişin daşımalarının sayı 2024-cü ilin noyabr ayında 2,4 milyondan 2025-ci ilin eyni dövründə 2,9 milyona çatıb.

Yük və poçt həcmi 2025-ci ilin noyabr ayında 2024-cü illə müqayisədə 14,8 faiz artaraq 190,7 min tona çatıb.

Cavid
Seçilən
53
1
newscenter.az

2Mənbələr