AZ

Tramp: Maduronun sayılı günləri qalıb

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalist Daşa Börnsə geniş şəkildə müzakirələrə səbəb olan müsahibə verib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, o, müsahibəsində Venesuela lideri Nikolas Maduro haqqında bəzi təəccüblü fikirlər səsləndirib.

Tramp ABŞ administrasiyasının Latın Amerikasında narkotik ticarəti ilə əlaqəli olduğu iddia edilən hədəflərə qarşı hərbi tədbirlərini daha da genişləndirə biləcəyini qeyd edib:

“Maduronun sayılı günləri qalıb”, - deyə o söyləyib.

Venesuelada quru qoşunlarının yerləşdirilməsi ilə bağlı Tramp bunları deyib:

“Mən bu barədə qərar vermək və ya verməmək istəmirəm. Mən bu barədə danışmıram.

Sizinlə hərbi strategiya barədə danışmaq istəmirəm”.

Billurə
 

Seçilən
72
1
olke.az

2Mənbələr