ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Azərbaycan Prezidentinin Slovakiyaya səfəri, təbii ki, iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Tarixi baxımdan da maraqlıdır ki, həm Azərbaycan, həm də Slovakiya bir zamanlar böyük imperiyaların tərkibində olub və hər iki xalq oxşar talelər yaşayıb”. Bunu Demokrat.az-a açıqlamasınsa politoloq Məhəmməd Əsədullazadə bildirib.O qeyd edib ki, hər iki ölkə bu gün müstəqil dövlət kimi fəaliyyət göstərir:“Siyasi iradə nümayiş etdirərək yeni reallıqlar fonunda regional əməkdaşlığa önəm verir. Slovakiya və Azərbaycan bütün sahələr üzrə siyasi, mədəni, iqtisadi, hərbi-texniki və təhlükəsizlik istiqamətlərində əlaqələri inkişaf etdirmək niyyətindədirlər. Azərbaycan və Slovakiya ötən il strateji bəyanat imzalamışdılar. Bu, gələcəkdə strateji müttəfiqlik səviyyəsində münasibətlərin formalaşmasına zəmin yarada bilər. Bu səfər eyni zamanda Avropa İttifaqı çərçivəsində də Azərbaycanla Slovakiya arasında münasibətlərin dərinləşməsinə töhfə verəcək. Slovakiya Cənubi Qafqaz bölgəsində enerji resurslarının öz ölkəsinə nəqlində maraqlıdır və bu baxımdan Azərbaycanın imkanlarından istifadə etməyə çalışır”.Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.