GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Dünyanın nüfuzlu “BBC” nəşrinin Gürcüstandakı etiraz aksiyalarında guya kimyəvi maddələrdən istifadə etdiyinə dair hazırladığı reportaj qalmaqala səbəb olub.
Globalinfo.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu süjetə görə Böyük Britaniyadan rəsmi üzr tələb edib.
“Düşünürəm ki, Britaniya BBC-nin yayımladığı saxta xəbərə görə üzr istəməlidir. Çünki BBC ictimai yayımçıdır və məsuliyyət daşıyır”, – Kobaxidze bildirib.
Baş nazirin sözlərinə görə, yayımlanan süjetin məqsədi süni şəkildə qalmaqal yaratmaq olub və oradakı məlumatlar həqiqəti əks etdirmir.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.