Bakı. Trend:
İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olanşəxslərin siyahısında dəyişiklik ediləcək.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlərkomitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirəolunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksini tapıb.
Layihəyə əsasən, işəgötürən ixtisasları (peşələri) və yapeşəkarlıq səviyyələri eyni olduqda həmin müəssisədə istehsalatqəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərinişdə saxlanmasına üstünlük verilməyəcək.
Mövcud qanunvericiliyə görə, işəgötürən ixtisasları(peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakışəxslərin işdə saxlanmasına üstünlük verir:
- şəhid ailəsinin üzvlərinə;
- müharibə iştirakçılarına;
- əsgər və zabitlərin arvadına (ərinə);
- öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara;
- həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyinəticəsində əlilliyi olan şəxslərə;
- məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusuolan şəxslərə;
- kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdətutulan digər şəxslərə.