ain.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyada çoxuşaqlı ailələr üçün xüsusi güzəştli yanacaq kartları tətbiq oluna bilər.Newscenter.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat verib.Nəşr energetika nazirinin birinci müavini Pavel Sorokinin hökumət idarəsinə yazdığı məktuba istinadən bildirir ki, baş nazirin müavini Aleksandr Novak 2025-ci ilin oktyabrında Prezidentin Uşaq Hüquqları üzrə Müvəkkilinin müraciətindən sonra Energetika Nazirliyinə və müvafiq şirkətlərə bu problemi həll etməyi tapşırıb. Qeyd edilib ki, yanacaqdoldurma məntəqələri şəbəkəsi olan neft və qaz şirkətləri də çoxuşaqlı ailələrə sosial dəstək göstərmək təşəbbüsünün əhəmiyyəti ilə razılaşır və bu problemi həll etməyə hazırdırlar.Fuad
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.