AZ

Britaniya Aleksandr Duginə qarşı sanksiya tətbiq edib

Britaniya Rusiyaya qarşə yeni sanksiyalar tətbiq edib, Aleksandr Dugin və “Rıbar” telegram kanalı qarasiyahıya salınıb...

Poliqon xəbər verir ki, Böyük Britaniya hökuməti Rusiyaya qarşı sanksiyalar paketini əhəmiyyətli dərəcədə genişləndirərək, tanınmış rusiyalı filosof və ifrat millətçi ideoloq Aleksandr Duqini, onun rəhbərlik etdiyi Geosiyasi Ekspertiza Mərkəzini, həmçinin populyar hərbi-analitik “Rıbar” teleqram kanalını vı kanalın rəhbəri Mixail Zvinçuku qara siyahıya əlavə edib.

Britaniya Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunan məlumata görə, sanksiyalar həmçinin Rusiya xaricində yaşayan rusiyalı vətəndaşların hüquqlarının müdafiəsi ilə məşğul olan Fond, Brüsseldə yerləşən “Golos” Geosiyasi Araşdırmalar və İnformasiya Resursları Mərkəzi və Euromore təşkilatını da əhatə edir. Bu şəxslərə və qurumlara qarşı tətbiq olunan məhdudiyyətlərə Böyük Britaniyaya giriş qadağası və ölkə ərazisində olan aktivlərinin dondurulması daxildir.

Qeyd edək ki, dekabrın 4-də Britaniya Rusiya Baş Qərargahının Baş Kəşfiyyat İdarəsini (QRU) və onunla əlaqəli olduğu iddia edilən 11 nəfəri də sanksiya siyahısına salmışdı. Bu addım 2018-ci ildə Solsberi yaxınlığındakı Emesberi şəhərində britaniyalı Don Stercessin ölümünə səbəb olan “Noviçok” zəhərlənməsi ilə bağlı aparılan istintaqın nəticələrindən sonra atılıb. London rəsmi olaraq bu hadisəyə görə Rusiya kəşfiyyatını günahlandırır, Moskva isə ittihamları rədd edir. Rusiya Xarici İşlər Nazirliyi Britaniyanın son sanksiyalarına qarşı cavab tədbirləri görəcəyini bəyan edib.

Poliqon.info

Seçilən
18
poliqon.info

1Mənbələr