Bakı. Trend:
Bu gün Serbiyanın sabiq Prezidenti, Nizami Gəncəvi BeynəlxalqMərkəzinin (NGIC) Müşahidə Şurasının üzvü cənab Boris Tadiç iləsəmimi və məhsuldar görüş keçirdik.
Trend xəbər verir ki, bubarədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri AnarQuliyev "X" sosial şəbəkə hesabında paylaşım edib.
"2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun13-cü sessiyasına (WUF13Azerbaijan) hazırlıq məsələlərini müzakirəedərək, Mərkəzin Forumda iştirakının əhəmiyyətini xüsusi iləvurğuladıq.
Eyni zamanda qarşıdakı tədbirlər, o cümlədən 15-16 yanvar2026-cı il tarixlərində Cenevrədə keçiriləcək NGIC-in İllikToplantısı və bu çərçivədə mümkün birgə təşəbbüslər və əməkdaşlıqbarədə səmimi fikir mübadiləsi apardıq", - paylaşımda qeydolunub.