AzVision.az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda keçiriləcək "Qarabağ" - "Ayaks" qarşılaşmasından əvvəl mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.
O bildirib ki, meydanda çox diqqətli olmalıyıq:
"Qarşımızda ilk qalibiyyətini qazanmaq istəyən komanda var. Onlar bu oyuna çox ciddi hazırlaşıblar. İki gün öncədən Bakıya gəliblər və məşqi başqa stadionda ediblər. Rəqib meydanda çoxlu rotasiyalar edən və birə-bir oynamağı sevən komandadır. Qalib gəlmək və azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ayaks" görüşü saat 21:45-də başlayacaq.
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta