Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sədrliyi ilə keçirilən müşavirədə rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, İƏD üzrə nümayəndələr iştirak ediblər...
Poliqon xəbər verir ki, müşavirədə “Konstitusiya və Suverenlik ili”-nin qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planının icrasının təmin edilməsi, Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli Fərmanının əhatəsi dairəsinə düşən, lakin məlumatı bugünədək Fövqaladə Hallar Nazirliyinin Tikintilərin Dövlət reyestrinə daxil edilməmiş obyektlər müəyyənləşdirilməli, həmin obyektlərin sahibləri ilə izahat işi aparılmalı, vətəndaş müraciətlərinə müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq operativ surətdə baxılaraq vətəndaş məmnunluğunun təmin olunması, şəhid və qazi ailələrinin problem və sosial qayğılarının öyrənilib həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, DNİS üzrə tapşırıqlarin icra vəziyyəti, bələdiyyələr tərəfindən vergilərin yığılması, əhali arasında daşınmaz əmlaklarının sığortalanması üçün maariflənmə işlərinin aparılması, şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, yerlərdə səyyar qəbulların təşkili, rayon ərazisində aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və şəhərsalma-arxitektura tələblərinə uyğun təmin edilməsi, əkin sahələrinin suvarılmasında növbəlliyin təmin edilməsi, aqrar sahədə aparılan mövsümi işlər, pambıq yığımına hazırlıq işlərinin aparılması,Tərtər şəhərində, o cümlədən bütün yaşayış məntəqələrində, yolkənarı ərazilərdə təmizlik-abadlıq işlərinin görülməsi və yas mərasimlərində ehsanın sadələşdirilməsi ilə bağlı vətəndaşlarla marifləndirici söhbətlərin aparılması məsələləri müzakirə olunub.
Rayon rəhbəri tərəfindən müzakirə olunan məsələlər barədə aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələr verilib.



Poliqon.info