GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
UFC çempionu Xamzat Çimayev 2026-cı il üçün planlarını açıqlayıb. O bildirib ki, qarşıdan gələn il arenaya bir neçə dəfə çıxmaq niyyətindədir.
Globalinfo.az xəbər verir ki, Çimayev Ramazan ayı başa çatdıqdan sonra döyüşlərə qayıtmağı planlaşdırdığını deyib:
“Bir-iki aya hazır olacam. Növbəti ildə iki-üç döyüş keçirməyi ümid edirəm”.
Döyüşçü bildirib ki, artıq viza ilə bağlı heç bir problem yaşamır:
“Viza problemi yoxdur, buna görə Donald Trampa təşəkkür edirəm”, o vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.