Böyük Britaniya hökumətinin yüksək vəzifəli mənbələrinə istinadən yayılan xəbərlərə görə, Avropa İttifaqı Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı razılığa gəlməyə yaxındır. Sazişin bu həftə və ya gələn həftə ictimaiyyətə açıqlana biləcəyi bildirilir.
“The Times” qəzetinin məlumatına görə, Kiyev dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi nəticəsində 100 milyard funt sterlinq (133 milyard dollar) ala bilər.
Qeyd etmək lazımdır ki, bir gün əvvəl Böyük Britaniya Baş naziri Keir Starmerin ofisi Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts və Vladimir Zelenski ilə danışıqlar apardığını elan etmişdi.
Danışıqlar zamanı tərəflər Kiyevə kömək etmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə prosedurunun hazırlanmasında “irəliləyiş”i müzakirə etmişdilər.
//Samir Qurbanov, Editor.az