AZ

Yazar: Mirhəsən Seyidov hələ gəncdir, saçına jele vuran vaxtlarıdır...

O, icra başçısıdır, balıq festivalına balıqçı paltarında gələsi deyildi ki?..

Poliqon xəbər verir ki, detektiv yazar Müşfiq Abbasov Neftçalanın icra başçısı Mirhəsən Seyidovun balıq festivalında 26 000 min manatlıq plaş geyməsinə ironik şəkildə reaksiya verib.

“Dünən bir məclisdə oturmuşdum. Adamlardan biri seyid idi. Söhbət zamanı digəri qayıtdı ki, "seyid, öz aramızdır, pulu yaman çox istəyirsən". Seyid də qayıdıb dedi ki, "bütün seyidlər belədir". İndi bilmirəm, Neftçala icra hakimiyyətinin başçısı Mirhəsən Seyidovun necə əli gəlib 26 000 manatı bir plaşa verib geyinib. Özü də videoda plaşının baha olmasını aşkarca hiss etdirir, gah yaxasını düzəldir, gah da qolunu...”, deyə yazar qeyd edib.

Müşviq Abbasov əlavə edib ki, başçının balıq festivalına balıqçı paltarında gəlməyini yəqin ki, gözləyən olmayıb.

“Öz aramızdır, elə bir plaşı icra başçı geyinməyib kim geyinəcək ki? Balıq festivalına balıqçı paltarında gələsi deyildi ki? Amma nəzərə alaq ki, cavan oğlandır. Hələ onun saçına jele vuran vaxtlarıdır. Bu da cavan kadr, daha nə istəyirsiniz?”, deyə yazıçı vurğulayıb.

Poliqon.info

Seçilən
108
2
poliqon.info

3Mənbələr