AZ

Tramp indicə Zelenskiyə son zərbəni vurdu! Filippot

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskini nizamlanma şərtlərini qəbul etməməkdə tənqid edərək ona kəskin mesaj göndərib.

Globalinfo.az xəbər verir ki, bu barədə Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot X sosial şəbəkəsində paylaşım edib.

Filippot yazıb ki, Trampın açıqlamaları Zelenskiyə “son zərbə” kimi qiymətləndirilə bilər və Amerika lideri eyni zamanda Avropa ölkələrinə də ciddi xəbərdarlıq edib.

“Tramp indicə Zelenskiyə son zərbəni vurdu! Çox ciddi zərbə!” – siyasətçi yazıb.

“Politico”ya müsahibəsində Donald Tramp Zelenskini istənilən vaxt hər şeyi sata bilən səyyar sirk təşkilatçısı P. T. Barnumla müqayisə edib. Tramp qeyd edib ki, Ukrayna prezidenti hələ də ABŞ-ın təqdim etdiyi sülh təklifinə münasibət bildirməyib.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
globalinfo.az

1Mənbələr