AZ

Donald Trampdan sensasion açıqlama: Barak Obama Ukraynanı Krımı Rusiyaya verməyə məcbur etdi

ABŞ-ın keçmiş prezidenti Barak Obama Ukraynanı Krımı Rusiyaya təhvil verməyə məcbur etdi.

Editor.az bildirir ki, bunu hazırkı ABŞ prezidenti Donald Tramp deyib. O, sələfinin Krıma qarşı siyasətinin Rusiya-Ukrayna münaqişəsinin gedişatına təsir etdiyini iddia edir.

Tramp “Politico”ya verdiyi müsahibədə deyib: “Bunun nə vaxt baş verdiyini xatırlayıram, amma indiki qədər iştirak etməmişəm. Ukraynanı bu mərhələdə çox yaxşı tanıyıram”. Onun sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsi “illərdir qaynayıb-qarışıb”, lakin Obama Krımı Rusiyaya “verəndə” bu, Ukrayna tərəfindən “böyük güzəşt” idi.

Donald Tramp əlavə edib ki, o vaxtkı vitse-prezident Co Baydenin Ukraynanın Krımı itirməsində iştirak etdiyinə şübhə edir. “O, yəqin ki, o vaxtlar da çox şey bilmirdi. O, heç vaxt ən ağıllısı olmayıb”, Tramp qeyd edib.

Qeyd edək ki, Krım 2014-cü ildə keçirilən referendumdan sonra Rusiyanın bir hissəsinə çevrilb. Barak Obama 2009-cu ildən 2017-ci ilə qədər ABŞ prezidenti vəzifəsində çalışıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
79
editor.az

1Mənbələr