AZ

Ter Ştegen zədədən sonra ilk dəfə Çempionlar Liqasında

Alman qapıçısı Mark-Andre ter Ştegen "Barselona"nın UEFA Çempionlar Liqasının VI turunda Almaniyanın "Ayntraxt" komandası ilə keçirəcəyi matçın iştirakçılar siyahısına daxil edilib.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

33 yaşlı qolkiper mövsümün birinci hissəsini ciddi zədəyə görə buraxmışdı. Ter Ştegen "Barselona"nın qapısını 2014-cü ildən qoruyur. O, klub üçün ümumilikdə 422 matçda çıxış edib və 175 dəfə qapısını toxunulmaz saxlayıb.

Onun hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Qarşılaşma bu gün, dekabrın 9-u, saat 00:00-da başlayacaq.

Seçilən
50
90deqiqe.az

1Mənbələr