ain.az, Axsham.az saytına istinadən bildirir.
"O səs Türkiyə"nin yeni il üçün olan xüsusi buraxılışının hazırlıqları davam edir.
Axşam.az xəbər verir ki, proqramın xüsusi buraxılışında münsiflər kürsüsündə hansı adların oturacağı artıq bəlli olub.
Bu heyətdə müğənnilər Hadisə, Murat Boz, aparıcı Acun Ilıcalı və aktrisa Gupse Özay yer alıb.
İzləyicilərin əksəriyyəti isə açıqlanan münsif heyətini bəyənməyib. Onlar Gupsenin əvəzinə Ebru Gündeş və Beyazıt Öztürkü həmin oturacaqda görmək istədiklərini yazıblar.
Qeyd edək ki, Gupse Özay aktyor Barış Arduçun həyat yoldaşıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.