AZ

Ermənistanda 15-ci əsrə aid İncil OĞURLANDI – FOTO

Ermənistanda 15-ci əsrə aid İncil oğurlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Matenadaran” Qədim Əlyazmalar İnstitutu məlumat yayıb. “Matenadaran” muzeyi tarixi əlyazmanın təhlükəsizlik sistemi olmayan yerdə saxlanılmasını tənqid edib.

Məlumata əsasən, Ermənistanın Ararat vilayətində 15-ci əsrə aid olduğu bildirilən İncil nüsxəsi oğurlanıb. Qiymətli nəşrin Taperakan icmasında saxlanıldığı qeyd olunur.

Muzey-institutdan bildirilib ki, belə eksponatların müvafiq təhlükəsizlik sistemi olmayan şəxsi evlərdə və kilsə qurumlarında saxlanılması məsələsi tənzimlənməlidir.

Qurum qiymətli nəşrləri müvəqqəti mühafizəyə götürməyə və ya hədiyyə kimi qəbul etməyə hazır olduğunu xatırladıb.

Açıqlamada həmçinin qeyd olunur ki, beynəlxalq hərraclardan və şəxsi kolleksiyalardan əlyazmaların ölkəyə qaytarılması kampaniyası fonunda, ölkə daxilində bu cür mənəvi sərvətlərin qarətə məruz qalması və yoxa çıxması təəssüf doğurur.

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
147
interpress.az

1Mənbələr