AZ

Messi ən dəyərli oyunçu seçildi MLS tarixində bir ilk

Sportal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"İnter Mayami"nin hücumçusu Lionel Messi MLS-də mövsümün ən dəyərli oyunçusu seçilib və bunu ardıcıl ikinci dəfə edib.

Sportal.az xəbər verir ki, 38 yaşlı Argentina millisinin forvardı ABŞ millisinin keçmiş futbolçusu Lendon Donovanın adını daşıyan mükafatı əldə edib.Mükafat MLS-in müntəzəm mövsümünün nəticələrinə əsasən təqdim olunur. Messi 28 oyunda 29 qol vurub və 19 məhsuldar ötürmə edib.

O, səslərin 70,43%-ni toplayıb. Ən yaxın izləyicisi "San-Diyeqo"nun futbolçusu Anders Dreyer – 11,15% səs yığıb.

Dünya çempionu MLS tarixində ardıcıl iki mövsümdə MVP mükafatını qazanan ilk futbolçu olub. Mükafat 1996-cı ildən verilir və iki dəfə ona layiq görülən digər futbolçu "Kanzas-Siti"nin keçmiş oyunçusu Predraq Radosavlevicdir (1997, 2003).

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
45
2
sportal.az

3Mənbələr