AZ

Borc üstündə QƏTL – Qazanla döyülən kişi ÖLDÜ

Rusiyada kişi qazanla döyüldükdən sonra ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Borc pul istəyən tanışı rədd cavabı alanda ev sahibinin başına qazanla vurub.

Hadisə Rusiyanın Kirov vilayətində baş verib. 62 yaşlı yerli sakin evinin həyətində qazança ilə döyüldükdən sonra dünyasını dəyişib.

Məlumata görə, həmin gün kişi qapını döyən tanışı ilə danışmaq üçün həyətə çıxıb. Qonaq ondan borc pul istəyib, lakin ev sahibi buna rədd cavabı verib. Bundan qəzəblənən tanışı yaxınlıqda dayanan qazançanı götürərək kişinin başına vurub və tələsik oradan uzaqlaşıb.

Zərərçəkən evə təkbaşına qayıda bilib. Həyat yoldaşı ona ilkin tibbi yardım göstərib və onlar yatıblar. Lakin səhər tezdən qadın döyülən ərinin öldüyünü görüb.

Cinayəti törədən şəxs artıq saxlanılıb. Onun əvvəllər də məhkumluq həyatı yaşadığı bildirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
20
interpress.az

1Mənbələr