
ABŞ Dövlət Departamenti Tayland–Kamboca sərhədində davam edən toqquşmalar və insan tələfatı ilə bağlı narahatlığını bildirib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, dövlət katibi Marko Rubio məsələ ilə bağlı açıqlamasında qeyd edib: “Biz tərəfləri döyüşləri dərhal dayandırmağa, mülki əhalinin təhlükəsizliyini təmin etməyə və 26 oktyabrda Kuala-Lumpurda imzalanmış sülh razılaşmalarında göstərilən de-eskalasiya addımlarına qayıtmağa ciddi şəkildə çağırırıq”.
Tayland və Kamboca sərhədində atışmalar 7 dekabrda başlayıb. Taylandın Kral Ordusu bazar ertəsi açıqlayıb ki, Kamboca qüvvələri səhər saatlarında sərhəd zonasındakı Tayland mövqelərini artilleriya ilə atəşə tutub. Buna cavab olaraq Tayland Hərbi Hava Qüvvələri Kambocanın hərbi infrastrukturlarına zərbə endirib.