AZ

ÇL: “Qalatasaray” “Monako”ya, “İnter” “Liverpul”a uduzdu – ARENA.AZ

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün Liqa mərhələsində 6-cı tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma baş tutub.

Türkiyə çempionu “Qalatasaray” səfərdə “Monako”nun qonağı olub. İstanbul nəhəngi bu görüşdən xalsız ayrılıb. Qazaxıstan “Kayrat”ı isə “Olimpiakos”la ev görüşündə minimal hesabla uduzub.

Günün maraqla gözlənilən qarşılaşmalarından biri də İtaliyada baş tutub. “İnter” doğma azarkeşləri önündə İngiltərənin “Liverpul” komandasını qəbul edib. Bu görüşdə isə qonaqlar minimal hesabla üstün olublar.

“Bayern” “Sportinq”i, “Atalanta” “Çelsi”ni, “Barselona” “Ayntraxt”ı, məğlub yola salıb.

Qeyd edək ki, ÇL-də Liqa mərhələsinin 6-cı turunun digər oyunları dekabrın 10-da baş tutacaq.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 6-cı tur
9 dekabr

Kayrat (Qazaxıstan) – Olimpiakos (Yunanıstan) 0:1
Qol: Martins, 73.

Bayern (Almaniya) – Sportinq (Portuqaliya) 3:1
Qollar: Qnabri, 65. L.Karl, 69. C.Ta, 77 – Kimmix, 54-öz qapısına.

Atalanta (İtaliya) – Çelsi (İngiltərə) 2:1
Qollar: Skamakka, 55. De Ketelare, 83 – J.Pedro, 25.

Barselona (İspaniya) – Ayntraxt (Almaniya) 2:1
Qollar: Kunde, 50; 53 – Knauff, 21.

İnter (İtaliya) – Liverpul (İngiltərə) 0:1
Qol: Soboslai, 88-pen.

Monako (Fransa) – Qalatasaray (İtaliya) 1:0
Qol: Baloqun, 68.

PSV (Niderland) – Atletiko (İspaniya) 2:3
Qollar: Til, 10. Pepi, 85 – X.Alvares, 37. Hansko, 52. Sörlot, 56.

Yunion (Belçika) – Olimpik (Marsel, Fransa) 2:3
Qollar: Xalaili, 5; 71 – Payşao, 15. Qrinvud, 41; 58.

Tottenhem (İngiltərə) – Slaviya (Çexiya) 3:0
Qollar: Zima, 26-öz qapısına. M.Kudus, 50-pen. X.Simons, 79-pen.

Seçilən
50
3
arena.az

10Mənbələr