"Barselona" gənc ulduzu Lamin Yamalın xidmətindən məhrum olub.
Fanat.Az xəbər verir ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turunda evdə "Ayntraxt"ı məğlub edən Kataloniya təmsilçisinin 18 yaşlı vingeri matçın 56-cı dəqiqəsində sarı vərəqə alaraq cəzalı duruma düşüb.
O, komandasının sözügedən turnirin 7-ci turunda "Slaviya" ilə oyununu - yanvarın 21-də Çexiyada keçirəcəyi görüşü kənardan izləyəcək.
Bu mövsüm ÇL-in finalı Budapeştdəki "Puşkaş Arena"da olacaq. Həlledici qarşılaşma mayın 30-da keçiriləcək.
Nihat