Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi dekabrın 10-da Tofiq Bəhramov adına stadionda keçiriləcək “Qarabağ”–“Ayaks” futbol oyununun biletlərinin qeyri-qanuni satışına qarşı əməliyyat-texniki tədbir həyata keçirib.
Doğru.az xəbər verir ki, biletləri əvvəlcədən onlayn və satış məntəqələrindən əldə edib, sonra sosial şəbəkələrdə və “qara bazar”da dəyərindən yüksək qiymətə satan Şahin Məmmədov və Hüseyn Quliyev saxlanılıb. Onlar barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
DİN vətəndaşlara yalnız rəsmi satış nöqtələrindən və ya onlayn QR və elektron bilet sifarişi vasitəsilə bilet əldə etməyi tövsiyə edir. Sosial şəbəkələrdə saxta bilet satışı ilə üzləşən şəxslər polisə məlumat verə bilərlər.
DOĞRU.AZ