Olke.az saytından alınan məlumata görə, ain.az bildirir.
Britaniyanın keçmiş Baş naziri Toni Bler ərəb və müsəlman ölkələrinin etirazlarından sonra Donald Trampın Qəzza zolağı ilə bağlı "Sülh Şurası"ndan kənarlaşdırılıb
"Ölkə.az" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd ediib ki, Bler ABŞ-ın İsrail və HƏMAS arasında müharibəyə son qoymaq üçün 20 maddəlik planının elan edildiyi vaxt yeganə namizəd idi. O, Trampın rəhbərlik etdiyi şuraya qoşulmağa hazır olduğunu bildirsə də, bir neçə ölkə onun 2003-cü ildə ABŞ-ın İraqa hücumundan sonra nüfuzuna və fələstinlilərin ölkənin idarəçiliyindən kənarlaşdırılması ilə bağlı narahatlıqlarına görə etiraz edib.
Mənbələr qeyd edir ki, Bler Qəzzanın gələcək idarəetmə strukturlarında, o cümlədən Trampın kürəkəni Cared Kuşner və Trampın müşaviri Stiv Uitkoffla birlikdə icra komitəsində rolunu saxlaya bilər.
"O, hələ də başqa bir vəzifədə müəyyən rol oynaya bilər və bu, çox güman ki, belədir. O, həm amerikalılar, həm də israillilər tərəfindən bəyənilir", - qəzetin mənbələrindən biri bildirib.
Elvin
Ölkə.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.