AZ

Konqoda 200 min nəfər döyüşlərdən qaçdı – Tramp sülh elan etmişdi

BAKI, 10 dekabr. TELEQRAF

Konqo Demokratik Respublikasında (KDR) vəziyyət yenidən nəzarətdən çıxıb. ABŞ prezidenti Donald Trampın ötən həftə Ruanda və KDR liderləri ilə Vaşinqtonda sülh müqaviləsi imzaladığını elan etməsindən cəmi bir neçə gün sonra ölkənin şərqində döyüşlər kəskinləşib.

Teleqraf xəbər verir ki, Ruandanın dəstəklədiyi M23 qruplaşmasının irəliləyişi fonunda təxminən 200 min sakin öz evlərini tərk etməyə məcbur qalıb.

BMT-nin məlumatına görə, son günlərdə baş verən toqquşmalarda ən azı 74 nəfər öldürülüb, əksəriyyəti mülki vətəndaşdır. 83 nəfər isə müxtəlif dərəcəli xəsarətlə xəstəxanalara yerləşdirilib.

Yerli rəsmilərin bildirdiyinə görə, M23 döyüşçüləri Burundi sərhədi yaxınlığında yerləşən Uvira şəhərinə doğru irəliləyir. Qruplaşma şimal kəndlərində Konqo ordusu və yerli özünümüdafiə dəstələri "Wazalendo" ilə şiddətli döyüşlərə girib.

Aliance Fleuve Congo koalisiyasının rəhbəri Korneyl Nanga bildirib ki, hökumət qüvvələri geri çəkilir və əsgərləri şəhəri tərk etməməyə çağırıb.

Seçilən
31
teleqraf.com

1Mənbələr