AZ

FIFA etik komissiyası Trampa təqdim olunan Sülh Mükafatı ilə bağlı şikayəti araşdıra bilər

FairSquare: İnfantinonun siyasi neytrallığı pozduğu iddia edilir…

Poliqon xəbər verir ki, İngiltərədə fəaliyyət göstərən hüquq müdafiə təşkilatı FairSquare FIFA prezidenti Canni İnfantinoya qarşı araşdırma aparılması üçün federasiyanın Etika Komissiyasına müraciət edib. Bu barədə AP News məlumat yayıb.

Təşkilat iddia edir ki, İnfantino ABŞ prezidenti Donald Trampa açıq dəstək göstərməklə və ona Sülh Mükafatı təqdim etməklə FIFA-nın siyasi neytrallıq öhdəliyini poza bilər. Agentliyin xatırlatdığına görə, Etika kodeksi bu cür pozuntuya görə iki ilədək futbol fəaliyyətindən uzaqlaşdırma cəzası nəzərdə tutur. Şikayət federasiyanın Etika Komissiyasında araşdırılmalıdır.

Hadisə 5 dekabrda Vaşinqtondakı Kennedi Mərkəzində dünya çempionatının final mərhələsinin püşkatma mərasimi zamanı baş verib. Canni İnfantino mükafatı təqdim edərkən Trampı buifadələrlə təqdim edib: “Lider elə belə olmalıdır, insanları düşünən lider”.

Qeyd olunur ki, FairSquare bu çıxışın və mükafatlandırma aktının FIFA rəhbərliyi tərəfindən siyasi mövqe nümayiş etdirilməsi kimi qiymətləndirilə biləcəyini bildirir. Araşdırmanın başlanması barədə qərarın yaxın həftələrdə verilməsi gözlənilir.

Poliqon.info

Seçilən
92
poliqon.info

1Mənbələr