AZ

Mask DOGE-yə qayıtmaqdan imtina edib

Milyarder: ABŞ hökumətində israfçılığın qarşısını qismən ala bildik, amma geri dönməyəcəyəm…

Poliqon xəbər verir ki, amerikalı sahibkar İlon Mask ABŞ hökumətinin səmərəliliyinin artırılması üzrə departamentə (DOGE) yenidən rəhbərlik etmək istəmədiyini açıqlayıb. O, bu barədə DOGE-nin sabiq əməkdaşı Keti Millerin aparıcısı olduğu podkastda danışıb.

Mask qeyd edib ki, DOGE-də çalışdığı dövrdə müəyyən nəticələr əldə olunub və bir sıra effektsiz dövlət proqramlarının maliyyələşdirilməsinin qarşısı alınıb. Onun sözlərinə görə, hər il 100–200 milyard dollar həcmində vəsait nəzarətsiz şəkildə xərclənirdi və departament bu praktikanın dayandırılmasına nail olub.

Milyarder, belə bir vəzifəyə yenidən qayıtmağa hazır olub-olmaması ilə bağlı sualı cavablandırarkən qəti şəkildə imtina edib: “Xeyr, düşünmürəm. DOGE-də işləməkdənsə, öz şirkətlərimdə çalışmaq daha yaxşı olar”. Qeyd edək ki, Mask SpaceX, Tesla və X (keçmiş Twitter) şirkətlərinin sahibidir.

İlon Mask DOGE-nin fəaliyyətinə 2025-ci ilin yanvarından may ayınadək rəhbərlik edib. Sənədlərə əsasən, departament 2026-cı ilin iyuluna qədər fəaliyyət göstərməli idi, lakin qurum 2025-ci ilin noyabrında ləğv olunub. Büdcə xərclərini 2 trln dollar azaltmaq hədəfi isə yerinə yetirilməyib.

Poliqon.info

Seçilən
37
poliqon.info

1Mənbələr