AZ

Sudanda hərbi İl-76 qəzaya uğrayıb, ekipaj həlak olub

AFP: Təyyarə Port-Sudan yaxınlığında eniş zamanı qırılıb…

Poliqon xəbər verir ki, Sudan Silahlı Qüvvələrinə məxsus hərbi-nəqliyyat təyyarəsi İl-76 enişə hazırlaşarkən qəzaya uğrayıb. Bu barədə məlumatı Frans Press (AFP) agentliyi yayıb. Məlumata görə, bortda olan bütün ekipaj üzvləri həyatını itirib.

Hadisə Qırmızı dəniz sahilində yerləşən Port-Sudan şəhəri yaxınlığında, “Osman Diqna” aviabazası ərazisində baş verib. İlkin versiyaya görə, faciəyə texniki nasazlıq səbəb olub. Təyyarə şəhərdən təxminən 10 km aralıda qəzaya düşüb və onun qalıqları kənd təsərrüfatı ərazilərinə səpələnib.

AFP bildirir ki, İl-76 humanitar tapşırıq — ərzaq yardımının çatdırılması — üzrə uçuş həyata keçirirdi. Rəsmi ölənlərin sayı açıqlanmayıb, hadisə yerində xilasedici qrupların işi davam edir. Sudan Hərbi Hava Qüvvələri isə hələlik rəsmi açıqlama yaymayıb.

Poliqon.info

Seçilən
23
1
poliqon.info

2Mənbələr