AZ

KONQODA "23 MART" HƏRƏKATI ZAMANI UVİRA ŞƏHƏRİ ƏLƏ KEÇİRİLİB » AzadMedia.az

KONQODA

Konqo Demokratik Respublikasının şərqində vəziyyət yenidən kəskinləşib. “23 Mart Hərəkatı” (M23) qruplaşmasının qabaqcıl dəstələri strateji əhəmiyyətli Uvira şəhərinə daxil olublar. Bu barədə “Agence France-Presse” agentliyi hərbi mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, hökumət qüvvələrinin bir sıra hərbçiləri şəhəri tərk edir. Bəzi hərbçilərin silahlarını atdığı və hərbi formadan qurtulduğu bildirilir. Qeyd olunur ki, M23 üsyançıları Burundi ilə sərhəddə yerləşən Uviranı hədəfə almaqla regiondakı mövqelərini gücləndirməyə çalışırlar. EYNİ ZAMANDA Hərbi mənbələr Ruandanın M23 dəstələrini dəstəklədiyini iddia edir.

Hazırda üsyançıların şəhərə tam nəzarəti ələ alması barədə rəsmi təsdiq olmasa da, bölgədə gərginlik yüksək olaraq qalır. Uvira bu ilin fevralında üsyançıların Bukava şəhərini ələ keçirməsindən sonra Konqo hökumətinin qərarı ilə Cənubi Kivu əyalətinin müvəqqəti inzibati mərkəzinə çevrilİB. Əhalisi 760 minə çatan şəhərdə əyalət idarəetmə orqanları və regional ordu komandanlığı yerləşir.

Uvira ətrafında döyüşlər baharın əvvəlində başlayıb, o vaxt hökumət qüvvələri üsyançı hücumlarını dəf edə bilib. Lakin M23 dekabrın 2-də şəhərə qarşı yeni hücuma başlayaraq daha sürətli irəliləyib və hazırkı qarşıdurmanın yaranmasına səbəb olub.

Bölgədə vəziyyət gərgin olaraq qalır və rəsmi Kinşasa şəhərin taleyi ilə bağlı təcili təhlükəsizlik tədbirlərini müzakirə edir.

Seçilən
20
1
azadmedia.az

2Mənbələr