AZ

Çində yaşayış binasındakı yanğında 12 nəfər ölüb

Pekin, 10 dekabr, AZƏRTAC

Çinin Quandon əyalətində yaşayış binasında baş verən yanğında 12 nəfər ölüb.

AZƏRTAC əyalət hökumətinin açıqlamasına istinadla xəbər verir ki, Şantou şəhərində dekabrın 9-da gecə satalarında başlayan yanğın qısa zamanda nəzarət altına alınıb. Dördmərtəbəli binanın 150 kvadratmetr sahəsi yanıb. Hadisə nəticəsində bir neçə sakin xasərət alıb.

Hələlik yanğının başvermə səbəbi bilinmir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

 

Seçilən
49
2
azertag.az

3Mənbələr