AZ

Tramp bir neçə KİV i onun səhhəti ilə bağlı böhtan yaymaqda ittiham edib

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp "The New York Times" və bir sıra digər Amerika mediasını onun fiziki və psixoloji durumunun guya pisləşməsi ilə bağlı materiallar dərc etdiklərinə görə böhtanda ittiham edib və onlara qarşı tədbirlər görəcəyini bildirib.

Bizimyol.info xəbər verir ki, Tramp 9 dekabrda "Truth Social" platformasında bildirib ki, dövlət başçısı kimi vəzifələrini uğurla yerinə yetirir və mütəmadi olaraq tibbi müayinələrdən keçir. “Bütün sərf etdiyim vaxt və verdiyim əməkyə baxmayaraq, "The New York Times" və digər bəzi KİV-lər elə göstərmək istəyib ki, guya mən əvvəlki kimi çevik deyiləm, sağlamlığım pisləşib və ya artıq əvvəlki kimi iti düşüncəyə malik deyiləm. Halbuki özləri də bilirlər ki, bu, həqiqət deyil. Mən çox çalışıram, bəlkə də heç vaxt olmadığı qədər,” – deyə o bildirib.

“Əgər nə vaxtsa "sürətimi azaltsam", bunu özüm anlayaram, amma hazırda belə bir hal yoxdur,” – deyə ABŞ lideri vurğulayıb. “Mən tibbi müayinələrdən keçdikdən, zehni qabiliyyət testləri verdikdən sonra "The New York Times" və digər KİV-lərin ABŞ prezidentinə böhtan atmaq və onu nüfuzdan salmaq məqsədilə bilərəkdən yalan məlumatlar yaymasını məncə üsyana təhrik və bəlkə də dövlətə xəyanət kimi qiymətləndirmək olar”, - deyən Tramp media qurumlarını “xalqın həqiqi düşmənləri” adlandıraraq “bununla bağlı bir tədbir görülməli olduğunu” qeyd edib.

"The New York Times" noyabrın sonunda dərc etdiyi materialda qeyd etmişdi ki, 79 yaşlı Tramp üçün enerjili və aktiv siyasətçi imicini qorumaq getdikcə çətinləşir. Jurnalistlər onun bəzən Ağ Ev tədbirlərində qısa müddətə mürgülədiyini, eləcə də müəyyən çıxışlardan yayınmağa başladığını iddia ediblər.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
icma.az

1Mənbələr