Gəncədə "Polşa Azərbaycan rəssamlarının gözü ilə" adlı sərgi təşkil edilmişdir. Sərgidə Bakı və Gəncədən olan rəssamların əsərləri nümayiş olunmuşdur.
Mərasimdən əvvəl qonaqlara rəssamların yaradıcılıq prosesini yaxından izləmək, suallar vermək və rəssamlarla ünsiyyətdə olmaq imkanı yaradılmışdır.
Açılışda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski, Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop, sərginin təşkilatçısı "Gence Mall"ın rəhbəri Şərif Ələkbərli, layihə rəhbəri Dadaş Məmmədov və başqalarının iştirak etdikləri sərgidə çıxış edənlər bu cür təşəbbüslərin şəhərin yaradıcı mühitinin inkişafı üçün xüsusi əhəmiyyət daşıdığını vurğulamış, Azərbaycan rəssamlarının Polşa mədəniyyəti ilə tanış olmaq imkanı yaratdığını qeyd etmişlər.
"Azərbaycan"