AZ

Kamboca sərhədində Tayland əsgərləri arasında ölənlərin sayı beşə çatıb

Bakı. Trend:

Kamboca sərhədində baş verən döyüşlərdə Tayland əsgərləriarasında ölənlərin sayı 5-ə çatıb, 68 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə Tayland Quru Qoşunlarınınİkinci Hərbi Dairəsi məlumat yayıb.

Ölən şəxsin Kamboca ilə sərhəddə yerləşən Sisaket əyalətindənolan 20 yaşlı əsgər olduğu qeyd olunub. Tayland ordusu daha əvvəl68 nəfərin yaralandığını bildirib. Bu arada, Tayland SilahlıQüvvələrinin məlumatına görə, Kamboca qüvvələrindən 61 nəfərölüb.

Seçilən
11
az.trend.az

1Mənbələr