AZ

Bakıda neft-qaz sektoruna həsr olunmuş beynəlxalq konfransın ikinci günü keçirilir

Bakı. Trend:

Bakıda neft-qaz sektoruna həsr olunmuş "Asset Integrity &Corrosion and Coatings Conference" (Aktivlərin Bütövlüyü, Korroziyavə Örtüklər Konfransı) adlı konfransın ikinci günü öz işinəbaşlayıb.

Trend xəbər verirki, konfrans sahə üzrə aparıcı mütəxəssisləri, şirkət rəhbərlərinivə texnologiya təminatçılarını bir araya gətirib.

İlk gündə olduğu kimi bu gün də tədbirin gündəliyi kifayət qədərzəngin hesab edilə bilər. Belə ki, tədbir çərçivəsində aktivlərinbütövlüyünün qorunması, korroziyaya qarşı mübarizə və qoruyucuörtük texnologiyaları sahəsində mövcud vəziyyətin və yeniliklərinmüzakirəsi aparılacaq. Eyni zamanda konfrans zamanı sənayedəqarşıda duran risklər, texniki həllər və beynəlxalq təcrübəiştirakçılara təqdim olunacaq.

Qeyd edək ki, tədbirdə 20-dən çox ölkədən 500-dən artıqnümayəndə iştirak edir. Konfransda 50-dən çox spiker çıxış edir,25-dən artıq şirkət texnoloji həllərini təqdim edir. Ümumilikdə50-dən çox texniki sessiya, bir neçə panel müzakirəsi və müxtəlifşəbəkələşmə tədbirləri nəzərdə tutulub.

Xəbər yenilənəcək

Məqalədə:
Seçilən
48
az.trend.az

1Mənbələr