AZ

ÇL:"Real"la "Mançester Siti" üz-üzə, PSJ İspaniya səfərində

UEFA Çempionlar Liqasının Liqa mərhələsində 6-cı turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, ikinci oyun günündə daha 9 qarşılaşma baş tutacaq.

"Real" Madriddə "Mançester Siti"ni qəbul edəcək. ÇL-in son qalibi PSJ də İspaniyada "Atletik Bilbao"nun qonağı olacaq.
Bundan başqa, "Arsenal" səfərdə "Brügge", "Napoli" "Benfika" ilə qarşılaşacaq, "Yuventus" "Pafos"u, "Bayer" "Nyukasl"ı sınağa çəkəcək.

Azərbaycan çempionu "Qarabağ" bu gün Niderlandın "Ayaks" komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq matçın start fiti saat 21:45-də səslənəcək.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 6-cı tur
10 dekabr

21:45. "Qarabağ" (Azərbaycan) – "Ayaks" (Niderland)

21:45. "Vilyarreal" (İspaniya) – "Kopenhagen" (Danimarka)

00:00. "Real Madrid" (İspaniya) – "Mançester Siti" (İngiltərə)

00:00. "Atletik Bilbao" (İspaniya) – PSJ (Fransa)

00:00. "Brügge" (Belçika) – "Arsenal" (İngiltərə)

00:00. "Yuventus" (İtaliya) – "Pafos" (Kipr)

00:00. "Bayer Leverkuzen" (Almaniya) – "Nyukasl" (İngiltərə)

00:00. "Benfika" (Portuqaliya) – "Napoli" (İtaliya)

00:00. "Borussiya Dortmund" (Almaniya) – "Budyo Qlimt" (Norveç)
 

Seçilən
30
7
fanat.az

10Mənbələr