AZ

Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

Bakı. Trend:

Dekabrın 10-da İnterpolun Azərbaycan Respublikasındakı MilliMərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş daha birşəxsin Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyatakeçirilib.

Trend xəbər verir ki, bu barədə ƏdliyyəNazirliyi məlumat yayıb.

Bildirilib ki, tamah məqsədilə və ya sifarişlə qəsdən adamöldürmə cinayətini (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin120.2.5-ci maddəsi) törətməkdə ittiham edilmiş Ukrayna vətəndaşıSamik Babayevin yeri Almaniya Federativ Respublikasında müəyyənolunub və o, həbs edilib.

Həmin şəxsin ekstradisiyası ilə bağlı Baş Prokurorluğun sorğusuvə beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin ƏdliyyəNazirliyi tərəfindən təqdimatı əsasında razılıq əldə olunub.S.Babayev Nazirliyin Beynəlxalq əməkdaşlıq baş idarəsinin vəPenitensiar xidmətin məsul əməkdaşları tərəfindən Almaniyadanölkəmizə gətirilib və Penitensiar xidmətin Bakı İstintaqTəcridxanasına yerləşdirilib.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davametdirilir.

Seçilən
22
34
az.trend.az

10Mənbələr